Millət vəkilləri Qazaxıstanda

Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.
XALQ.AZ xəbər verir ki, yerli vaxtla 07:00-da səsvermə prosesinə start verilib.  Milli Məclisin deputatları Adil Əliyev və Tahir Mirkişili   Qazaxıstanda növbədənkənar prezident seçkiləri müşahidə edəcəklər.
11 milyon 947 min seçicinin olduğu ölkədə 7 namizəd prezidentlik uğrunda mübarizə aparır. 20 martdan bəri prezident vəzifəsini icra edən “Nur Otan” Partiyasının üzvü Qasım Comərd Tokayev də seçkilərdə iştirak edir. O, artıq seçkidə səs verib.
Namizədlərdən heç biri 50% səs toplamasa, 2-ci tur təyin ediləcək.