Deputatlar vəzifəyə seçildi-Siyahı

Azərbaycan millət vəkilləri Q.Paşayeva və Ü. Ağayeva yenidən AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.
XALQ.AZ məlumat verir ki, AŞPA-nın qış sessiyasında Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyya Ağayeva ADQ-nin yenidən vitse-prezidentləri seçiliblər, Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev isə qrupun xəzinədarı seçilib. Azad Demokratlar Qrupu vitse-prezidenti postuna ümumilikdə 4 nəfər seçilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi yenidən qrup tərəfindən yekdilliklə dəstəklənib. Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını bildiriblər.

На данном изображении может находиться: 3 человека, люди сидят

На данном изображении может находиться: 3 человека, люди сидят

На данном изображении может находиться: 3 человека