Deputatlarımız Fransaya gedirlər

71

 

 

Milli Məclisin deputatları Rafael Hüseynov və Sabir Hacıyev AŞPA-nın Demokratiya üzrə Dünya Forumunda iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdə olacaqlar. Lent. az-ın məlumatına görə, forumda demokratiyanın inkişafı, vətəndaşların dövlət idarəçiliyində təmsil olunması, büdcənin formalaşmasında ictimaiyyətin rolu, seçkilərdə gənclərin fəallığı, elektron müraciətlərin araşdırılması mövzularında fikir mübadiləsi aparılacaq.

Tədbir noyabrın 29-da başa çatacaq.

Deputat Rafael Hüseynov həmçinin, AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün noyabrın 30-da Parisə yola düşəcək. İclasda millət vəkili Avropanın təhlükədə olan mədəni irsi, çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri, təhsilin keyfiyyətinin artırılması, dünya futbol qurumlarında idarəçiliyin təkmilləşdirilməsi, internetin siyasətə təsiri və digər məsələlərə münasibətini bildirəcək.

Səfər dekabrın 5-də başa çatacaq.