Deputatlarımız Gürcüstandakı prezident seçkilərini müşahidə edəcək

“Mili Məclisin üzvləri oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər”.
XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, azərbaycanlı deputatların Gürcüstana müşahidəçi kimi göndərilməsi məsələsi ilə bağlı hazırda məsləhətləşmələr aparılır.
Qeyd edək ki, qonşu ölkədəki prezident seçkilərini Azərbaycanın Mərkəzi Seçki Komissiyasının 4 nəfərdən ibarət nümayəndə heyəti də izləyəcək.
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.