Deputatlarımız Rusiyada səfərdədir

Müstəqil dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak məqsədi ilə Milli Məclisin deputatı İqbal Məmmədov, Rüfət Quliyev və MDB PA Şurası Baş katibinin müavini, spikerin köməkçisi-MDB PA-da parlamentin daimi nümayəndəsi Aydın Cəfərov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərdədirlər.

XALQ.AZ xəbər verir ki, bu barədə  millət vəkili İqbal Məmmədov məlumat verib. Bildirib ki, səfər çərçivəsində bu gün qurumun nəzdində İqtisadiyyat üzrə ekspert şurasının, İqtisadiyyat və maliyyə daimi komissiyasının iclasında iştirak edirlər.

Deputat qeyd edib ki, iclasda bir sıra model qanun və məcəllələr, eyni zamanda müxtəlif  beynəlxalq layihələr müzakirə edilir: “Azərbaycan nümayəndə heyəti olaraq fikirlərimizi bildirdik və öz təkliflərimizi diqqətə çatdırdıq. Növbəti günlərdə həmçinin, Nəzarət-büdcə komissiyasının toplantısında iştirak edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.