Deputatların pensiyası artırılacaq

“Deputatların əməkhaqqı artdı, amma pensiyada o artım olmadı. Bu məsələ həll ediləcək”.

XALQ.AZ xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Hadı Rəcəbli bildirib.

H.Rəcəbli bildirib ki, onlar bu artımı almalıdır, amma faktiki bu artım həyata keçməyib : “Yanvarın 1-dən pensiyada olan deputatların pensiyaları artacaq. Çünki əməkhaqqında olan artım onların da pensiyasında özünü göstərəcək”.