Deputatların tətil müddəti sabah başa çatır

ax 2017 01 23 1482840536 milli meclis

Sabah – avqustun 30-da Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatır.

XALQ.AZ xəbər verir ki,  sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Xatırladaq ki, deputatlar iyulun 15-də tətilə çıxmışdı.