Deputatlığa namizəd təltif edildi – FOTO

Rəşad Mahmudov

Deputatlığa namizəd, tanınmış kardiocərrah Rəşad Mahmudov Dövlət Gömrük Komitəsi tərəfindən təltif edilib.

XALQ.AZ xəbər verir ki, məşhur həkim bu təltifə uzunmüddətli və səmərəli xidmətlərinə görə layiq görülüb.

 R.Mahmudov sosial şəbəkədəki hesabında məlum informasiyanı təsdiqləyib: “Bu gün “GÖMRÜK ƏMƏKDAŞLIĞININ MÖHKƏMLƏNDİRİLMƏSİNƏ GÖRƏ” DÖŞ NİŞANI ilə təltif olundum. Bu “Elm, Tədris və Təlim Mərkəzinin” rəhbəri kimi xəstəxanada tibbi xidmətin inkişafı, tibb işcilərinin təlim-tədrisi və elmi fəaliyyətlərinin gücləndirilməsi ilə bağlı, Dövlət Gömrük Komitəsi tərəfindən əməyimə verilən qiymət idi. Gömrükçülər ailəsi tərkibində 16 ay kimi qısa müddətli fəaliyyətimin belə bir mükafata layiq görülməsi qürur, şərəf və daha çox məsuliyyət qaynağımdır.

Uğurlarımız bol olsun!!!”

Fotoğraf açıklaması yok.

XALQ.AZ