Deputatlığa namizədlərin sayı açıqlanıb

Azərbaycan Milli Məclisinə seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib.

XALQ.AZ xəbərinə görə, hazırda deputatlığa namizədlərin sayı 1399 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.