Deputatlığa namizədlərin yaş qrupları – Siyahı

9 fevralda keçirilməsi planlaşdıran parlament seçkilərində qeydə alınmış 1410 namizədin 79.15 faizi kişi, 20.85 faizi isə qadındır.

XALQ.AZ xəbər verir ki, bunu namizədlərin statistikası barədə Axar.az-a açıqlama verən Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov deyib.

Qurum rəsmisi namizədlərin yaş qruplarına görə statistikanı da təqdim edib:

1. 18-24 yaş arası – 37 nəfər (2.6 faiz)

2. 25-30 yaş arası – 139 nəfər (9,8 faiz)

3. 31-40 yaş arası – 458 (32,4 faiz)

4. 40-50 yaş arası isə – 341 (24,1 faiz)

5. 51-60 yaş arası – 284 (20,1 faiz)

6. 61 yaşdan yuxarı – 151 nəfər (10,7 faiz)