“Diaspor Komitəsi ilə birgə layihələr reallaşdıracağıq”

Ukrayna Azərbaycanlıları Birləşmiş  Diasporunun sədri yenidən Hikmət Cavadov olub.

XALQ.AZ xəbər verir ki,  H.Cavadov  açıqlamasında yenidən ona etimad göstərildiyi üçün təşəkkür edib və üzərinə düşənləri layiqincə yerinə yetirəcəyini bildirib:

“Öz təyinatımla bərabər, Diasporla iş üzrə Dövlət Komitəsinə yeni rəhbər seçilən Fuad Muradovun da da təyinatına çox sevinirəm. Fuad Muradov Azərbaycan diasporunun inkişafında müsbət addımlar atacağına inanıram. İnanıram ki, illərdir bu sahədə həll edilə bilməyən problemlərin hamısı tezliklə çözüləcək. Çox sevinirik ki, gənc, bacarıqlı və arzuladığımız bir şəxs bu komitəyə gətirilib”.

H.Cavadov qeyd edib ki, yaxın gələcəkdə Komitəylə birgə layihələr reallaşdırılacaq:

“Artıq bir neçə ölkə ilə-İsveçrə, Kanada, İtaliya və başqaları ilə memorandum imzalamışıq. Bütün bunların hamısının xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasının gücləndirilməsi və diaspor qurumları arasında əlaqələrin nizama salınmasına xidmət edəcəyinə əminik”.

Qeyd edək ki, H.Cavadov 2012-ci ildən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, “Diasporun İnkişaf Perspektivləri” Daimi Forumunun baş koordinatorudur.

Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə H.Cavadovu “Tərəqqi” medalı ilə təltif edib.modern.az

 

 

Orxan