Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. 

XALQ.AZ  xəbər verir ki, Komitə rəhbərliyi və əməkdaşların iştirak etdiyi tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş olunub.

Komitə sədri yanvarın 19-dan 20-nə keçən Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı məlumat verib. Müstəqillik uğrunda Azərbaycan xalqının nümayiş etdirdiyi fədakarlığı dilə gətirib, baş vermiş hadisələrin humanizmə və insanlığa qarşı cinayət olduğunu qeyd edib. Vurğulayıb ki, hadisədən dərhal sonra yanvarın 21-də ulu öndər Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək faciə ilə bağlı bəyanatla çıxış edib, o zaman hələ hakimiyyətdə olan kommunistlərə, onların rəhbərinə öz etirazını bildirib. O cümlədən, hadisələrə siyasi qiymətin də məhz ulu öndər tərəfindən 1994-cü ildə verildiyi qeyd olunub.

Komitə rəhbəri ölkə başçısı İlham Əliyev tərəfindən də bu hadisələrin iştirakçılarının, onların övladlarının daim diqqət mərkəzində saxlanıldığını bildirib.  Çıxış zamanı hadisələrin nəticələrinin dünyaya tanıdılması, 20 yanvar şəhidlərinin ailə üzvlərinə qayğının göstərilməsi istiqamətində Heydər Əliyev Fondunun rəhbəri, Birinci Vitse-prezident Mehriban Əliyevanın da xidmətləri xüsusi qeyd edilib.

Komitə rəhbəri 20 yanvar hadisələri ilə bağlı diaspor təşkilatlarının da fəal şəkildə tədbirlər keçirməsi, həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində müvafiq ərazi şöbələrinə öz tövsiyələrini bildirib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.