Dilarə Kazımova bu geyimi göz qamaşdırdı – FOTO

Həmkarları kimi, vaxtının çoxunu evdə keçirən estradamızın cazibədar müğənnisi Dilarə Kazımova çəkdirdiyi açıq-saçıq şəkilləri ilə gündəmə gəlib.

XALQ.AZ xəbər verir ki, qara rəngli “body”dən istifadə edən Kazımova əyninə cins şalvar geyinib.

“Body”nin aşağı hissələri açıq olduğundan şalvar da onun köməyinə çatmayıb. Bundan narahatlıq keçirməyən sənətçi seksual pozlar verib.

Dilarə həmin fotoları “Instagram” hesabının “Hekayə” bölməsində paylaşaraq, karantin günlərində evdə qaldığına işarə edib.

Qeyd edək ki, müğənni Dilarə Kazımova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. İkinci təhsilini Respublika İncəsənət Gimnaziyasında alıb.

Sənətçi ilk addımlarını “Milk and kisses” qrupu ilə atıb. Daha sonra solo karyerasına başlayan  Dilarə 2014-cü ildə Danimarkada keçirilən “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edib və “Start a Fire” bəstəsini oxuyub.