“Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil verilməlidir”

“Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan tərəfinə təhvil verilməlidir”.

XALQ.AZ xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, bununla bağlı dövlətimizin və Xarici İşlər Nazirliyinin konkret mövqeyi var:

“Hamının-hamıya prinspi tətbiq olunmalı və girovluqda olan şəxslər dəyişdirilməlidir. Bu da beynəlxalq hümanitar hüququn prinspidir. Qaldı ki, onların ailə üzvləri ilə görüşü, səfərlərlə bağlı məsələsinə, biz Dilqəm və Şahbazın işğal olunmuş ərazilərdən girovluqdan azad olunmasını və ailə üzvlərinə qovuşmasını istəyirik. Buna görə də Ermənistanın işğalçı qoşunları onları azad etməlidir. Çünki həmin şəxsləri iradəsinin əlehinə saxlayırlar və dədə-baba torpaqlarına getdiklərinə görə, qanunsuz həbs ediblər. Əsas məsələ odur ki, Dilqəmlə Şahbaz azad olunmalıdır. Bununla bağlı Azərbaycan dövləti bütün tədbirləri həyata keçirir, biz də iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə bu məsələləri qaldırırıq”.

XALQ.AZ