DİM SAT imtahanı keçirəcək

Mayın 5-də Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək.

XALQ.AZ xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

 

Elgün