“Dinamo” və “Fənərbaxça” Bakıya gəlir

Futbol

Qadın voleybolçular arasında Çempionlar Liqasının püşkü atılıb.

XALQ.AZ-ın məlumatına görə, “Rabitə” və “Azəryol”un da rəqibləri müəyyənləşib.

Azərbaycan çempionu A qrupuna düşüb. Təmsilçimiz bu qrupda Kazan “Dinamo”su, “Ximik” və “Agel”ə rəqib olub. Azərbaycan Super Liqasının finalçısı “Azəryol”a isə “Fənərbaxça”, “Nant” və “Stiinta” ilə birlikdə B qrupunda yer alıb.

Qeyd edək ki, reqlamentə əsasən 20 komanda 5 qrupda mübarizə aparacaq. Onlar bir-biri ilə ev-səfər prinsipi ilə oynadıqdan – 6 turdan sonra “dördlük”də ilk 2 yerin sahibi və 3-cü yeri tutacaq 2 ən yaxşı komanda pley-offa vəsiqə qazanacaq. “Dördlər finalı”nın ev sahibi bu komandalar arasında müəyyənləşəcəyindən isə yerini 3-cü ən yaxşı 3-cü pilləni tutacaq kollektivə verəcək.

Qrup mərhələsinin ilk turu noyabrın 12-də start götürüb, yanvarın 28-də başa çatacaq. I pley-off mərhələsi fevralın 11-də və 18-də, II pley-off mərhələsi martın 4-də və 11-də oynanılacaq. “Dördlər finalı” isə həmişəki kimi martda deyil, apreldə təşkil olunacaq. Yarımfinalçılar aprelin 4-də üz-üzə gələcək, mükafatçılar 1 gün sonra dəqiqləşəcək.

A qrupu: Dinamo (Kazan, Rusiya), Rabitə (Azərbaycan), Ximik (Polşa), Agel (Çexiya)
B qrupu: Fənərbaxça (Türkiyə), Azəryol (Azərbaycan), Nant (Fransa), Stiinta (Rumıniya)
C qrupu: Dinamo (Moskva, Rusiya), Yamamay (İtaliya), Drezdner (Almaniya), Salo (Finlandiya)
D qrupu: Eczacıbaşı (Türkiyə), Omiçka (Rusiya), İmpel (Polşa), Volero (İsveçrə)
E qrupu: Vakıfbank (Türkiyə), Pyaçentsa (İtaliya), Kann (Fransa), Partizan (Serbiya)