Dindarlar İlham Əliyevin namizədliyini dəstəkləyir

“Xalq, cəmiyyət yekdillikdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir”.

XALQ.AZ -ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə prezident seçikiləri ilə bağlı Azərbaycan dindarlarının toplantısında deyib.

A.Paşazadə bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində böyük uğurlar əldə edilib.

Şeyxülislam vurğulayıb ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanda dindarlar üçün hər cür şərait yaradıb:

“Ona görə də öz növbəmizdə biz dindarlar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirik. Bütün dindarları İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq. Bir Azərbaycan vətəndaşı kimi bunu yerinə yetirməyə borcluyuq”.

RƏSUL


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.