Diplomatlarımız və ailə üzvləri koronavirusa yoluxub

”Azərbaycanın xaricdəki səfirliklərində də koronavirusa yoluxma halları var”. 

XALQ.AZ-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Meksika və Moldovada səfirliklərin əməkdaşları və onların ailə üzvləri arasında yoluxma halları var. Buna baxmayaraq, diplomatik nümayəndəliklər fəaliyyətini davam etdirir”.