Dmitri Medvedev və komandası istefa verdi

Rusiya hökuməti istefa verib.

XALQ.AZ TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş Naziri Dmitri Medvedev keçirdiyi iclasda bəyan edib. 

Rusiya Prezidenti Vladimir Putin isə Medvedev hökumətinə fəaliyyətinə görə təşəkkür edib.

Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev, prezidentin hazırkı tərkibdə hökuməti istefaya göndərmək üçün Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı verdiyi təkliflər fonunda bunu doğru sayır.