DMX vətəndaşlar tərəfindən daxil olan müraciətlərin hesabatını açıqlayıb

2018-ci ildə Dövlət Miqrasiya Xidmətinə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin hesabatı açıqlanıb.

XALQ.AZ-ın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, müraciətlərin 194-ü şikayət xarakterli, 9-u təklif, 14 151 ərizə olub.
V.Hüseynov qeyd edib ki, müraciətlərin 48 faizi təmin edilib: “Müraciətlərin 13.8 faizi təmin olmayıb, 8.3 faizi isə icradadır”.