Doğum evində yanğın – Çox sayda yeni doğulmuş körpə öldü-Video

Əlcəzairin Əl-Ued şəhərində dəhşətli yanğın baş verib.

XALQ.AZ xəbər verir ki, xəstəxananın doğum şöbəsində qeydə alınan hadisə zamanı 8 körpə həyatını itirib. 12 körpə, doğum üçün müraciət edən 107 qadın və 28 həkim xilas edilib.

Əraziyə cəlb edilən yanğınsöndürənlər, alovun yayılmasının qarşısını alıb. Hökumət faciəni nəzarətə götürüb. Hadisənin səbəbləri araşdırılır.

Orxan