Dollar bahalaşır

Dolların məzənnəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsini cari səviyyədə saxlamaq barədə qərarından sonra artmağa başlayıb.

XALQ.AZ xarici mətbuata istinadən məlumat verir ki bu, hərracların nəticələrində məlum olub.

Bakı vaxtı ilə 23.47-yə olan vəziyyətə görə, avronun dollara qarşı məzənnəsi əvvəlki 1,2403 dollar səviyyəsindən 1,2390 dollara düşüb.

FED yanvar iclasının yekununda baza faiz dərəcəsini 1,25-1,5% səviyyəsində saxlayıb.