Dollar kreditləri ilə bağlı vacib yenilik

Azərbaycanda xarici valyutada kredit, yalnız xarici valyutada gəliri olanlara və bankda depoziti olanlara veriləcək . Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası Yeni qayda tətbiq edib. Bundan başqa daşınmaz əmlaka görə verilən kreditdə yalnız milli valyutada olmalıdır.
Azərbaycan dollar və yaxud hər hansı başqa xarici valyuta da kredit almaq çətinləşdirilib.Beləki bundan sonra xarici valyutrada kredit yalnız xarici valyutada gəlir əldə edən şəxslərə veriləcək.
XALQ.AZ xəbər verir ki, bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası yeni qaydalar tətbiq edib. Bu qaydalar xarici valyutada kredit alınması üçün bəzi qadağaları özündə ehtiva edir.
Xarici valyutada kredit almaq üçün istiqrazlardan da istifadə edilə bilər ki, bu şərtlərdə kifayət qədər sərtdir.
Yeni qaydalara əsasən əmlak kreditləri isə yalnız manatla verilə bilər.
Bununla ölkəmizdə dollarla verilən kreditlərin əsaslı şəkildə azalacağı gözlənilir.Beləki hazırda problemli kreditlərin əksər hissəsini dollarla olan kreditlər təşkil etdiyindən bu dəyişikliklərdən sonra problemli kreditlərin də ümumi həcminin azalacağı gözlənilir.

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.