Dollar növbəti dəfə bahalaşdı

1467275092_us-dollar-bills-currency-money-reuters-010415

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 6-a olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən XALQ.AZ-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 5-i ilə müqayisədə 0,20% bahalaşaraq 1,7742 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8638 manatdan 1,8773 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0293 manatdan 0,0299 manatadək artıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4967 manatdan 0,4917 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1841 manatdan 2,1968 manatadək bahalaşıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6564 manatdan 0,6447 manatadək ucuzlaşıb.