Dollar ucuzlaşdı-Rəsmi

 

102425124-currency-exchange-dollar.1910x1000

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 10-a olan məzənnəsini açıqlayıb.

AMB-dən XALQ.AZa verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 9-u ilə müqayisədə 5,2% ucuzlaşaraq 1,7301 manat təşkil edib.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,9507 manatdan 1,8445 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0309 manatdan 0,0293 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4908 manatdan 0,4696 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2844 manatdan 2,1633 manatadək ucuzlaşıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6894 manatdan 0,6586 manatadək azalıb.