Dostluq körpüsü” adlı konsert keçiriləcək

 

02

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin və 12 may şirkətinin təşkilati dəstəyi ilə əməkdar artist Aybəniz Haşımovanın təşkilatçılığı ilə “Dostluq körpüsü” adlı konsert keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, konsertdə Təhminə Niyazova (Tacikistan), Alişir Kərimov (Qazaxıstan) və Emiliya Morales (Kuba) əməkdar artist Səlim Abbasov, gənc müğənnilər Aynişan Quliyeva, Əsgər İsmayılov, Vüqar Ağayev və “Bülbüllər” qrupu iştirak edəcəklər.

Nəzərinizə çatdıraq ki, xeyriyyə məqsədi daşıyan konsert kimsəsiz və fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, konsert 22 sentyabr Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq.