Dövlət Miqrasiya Xidmətində əcnəbi uşaqlarla görüş olub

Dövlət Miqrasiya Xidmətində 20 noyabr “Ümumdünya uşaq hüquqları günü” ilə əlaqədar 20 oktyabr – 20 noyabr tarixlərində elan olunan “Uşaq Hüquqları aylığı” çərçivəsində Azərbaycanda qaçqın statusu almış və qaçqın statusu almaq üçün müraciət edən ailələrdə böyüyən uşaqların iştirakı ilə tədbir keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbiri DMX-nın Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova açaraq uşaqlara günün mahiyyəti ilə bağlı məlumat verib. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı mütərəqqi addımlar, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı nəinki Azərbaycan, hətta ölkəmizdə yaşayan əcnəbi uşaqların da taleyində əhəmiyyətli rol oynayır.

Qeyd edilib ki, əcnəbi uşaqların yerli şəraitə uyğunlaşdırılmaları, onların təhsilləri, asudə vaxtlarının səmərəli təşkili, hüquqlarının həyata keçirilməsinin daha da yaxşılaşdırılması ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər hər zaman diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Turan Cahangirova insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Dövlət Miqrasiya Xidmətində əcnəbi uşaqlarla görüş olub

Dövlət Miqrasiya Xidmətində əcnəbi uşaqlarla görüş olub

Dövlət Miqrasiya Xidmətində əcnəbi uşaqlarla görüş olub

 

Dövlət Miqrasiya Xidmətində əcnəbi uşaqlarla görüş olub
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.