“Dövlət qurumları üzrə 13 310 cinayət qeydə alınıb”

Ötən 6 ay ərzində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 13 310 cinayət qeydə alınıb.

XALQ.AZ bildirir ki, bunu Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov iyulun 21-də videokonfrans formatında keçirilən Kollegiya iclasında deyib.  

Nazir müavini bu cinayətlərin 94,7 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla onların 87,2 faizinin böyük ictimai  təhlükə törətməyən və az ağır növlər təşkil etdiyini bildirib.