Dövlət qurumlarında boş qalan vəzifələr-Nazir,Sədr,İcra başçısı, – SİYAHI

Azərbaycanda bir neçə yüksək dövlət vəzifəsi xeyli vaxtdır təyinat gözləyir. Həmin vəzifələr aparılan struktur islahatları və digər səbəblərdən boşalıb.

XALQ.AZ-ın əməkdaşı boş qalan yüksək vəzifə yerlərini dəqiqləşdirməyə çalışıb.
Hazırda gözlər Müdafiə Sənayesi naziri  postuna yönəlib. Müdafiə Sənayesi naziri Yavər Camalov  üzun sürən xəstəlikdən sonra 23 iyun 2018-ci il tarixində vəfat edib. Hal- hazırda nazirin səlayihhətlərini müavini Yəhya Musayev icra edir.  Müdafiə Sənayesi naziri  kimin gətiriləcəyi hamını maraqlandırır.
Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyinat alıb. Novruz Məmmədovun yerinə təyinat olmayıb.  Azərbaycan XİN-in keçmiş mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub. Hal hazırda şöbə müdiri vəzifəsini icra edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri  vəzifəsi də 2 ildir təyinat gözləyir. Komissiyanın sabiq sədri, mərhum akademik Arif  Mehdiyev 2016-cı il dekabrının 19-da  vəfat edib.  Hal-hazırda sədr vəzifəsini müvəqqəti icra edən, sədr müavini Famil Mustafayevdir.
Mingəçevirdə baş verən məlum qəzadan sonra Prezident İlham Əliyev Etibar Pirverdiyevi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Bu vəzifəyə “Azərişıq” ASC-nin Baba Rzayev təyin olunub. “Azərişıq” ASC-nin sədr vəzifəsi boşdur. “Azərişıq” ASC -nin sədr  vəzifəsinin müvəqqəti sədr müavini Vuqar Əhmədov icra edir.
Ölkə başçısının    21 aprel 2018-ci il tarixli Sərəncamı ilə  Bakı şəhər icra hakimyyətinin başçısı Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edilib.  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı  müavini təyin edilən Səbail rayon icra hakimyyətinin keçmiş  başçısı   Eldar Əzizov  Bakı şəhər İcra Hakimiyyətinin başçısının vəzifələrini müvəqqəti icra edir. Səbail rayon icra hakimiyyətinin başçısı vəzifəsi boşdur.
Azərbaycan prezidenti İlham Əliyevin bu ilin 28 avqustda imzaladığı  Sərəncamla   Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.  Qeyd edək ki, Niyazi Bayramov Mingəçevir Şəhər  İcra Hakimiyyətinin başçısı  vəzifəsindən  təyinat alıb.  Mingəçevir Şəhər  İcra Hakimiyyətinin başçısı  vəzifəsi böşdur.
Azərbaycan prezidenti İlham Əliyevin bu ilin 5 oktyabr tarixli  sərəncamı ilə Beyllaqan rayon İcra Hakimyyətinin başçısı Vaqif Abdullayev vəzifəsindən azad edilib. Bu vəzifəyə də heç bir təyinat olmayıb.
  Ölkə başçısının  tapşırıqlarına əsasən  dövlət qurumlarının  səmərəli fəaliyyəti  və kadr potensialının formalaşması 2018-ci ildə aparılan islahatların davamı kimi qeyd olunur. XALQ.AZ-ın araşdırmalarına görə, tezliklə adları çəkilən yüksək dövlət vəzifələrinə məmur təyinatının olacağı istisna deyil.
//XALQ.AZ