“Dövlət strukturunda islahatlar davam edir”

“Kabinetdə gedən islahatlar davam etməkdədir”.

“Ötən il Nazirlər Kabinetinin tərkibində də islahatlar aparıldı. Heydər Əliyevin siyasi xəttinə və yoluna sadiq olan, ölkə başçısına sədaqətlə xidmət göstərən insanlar – Novruz Məmmədov və onun müavinləri ilə bağlı təyinat oldu. Kabinetdə gedən islahatlar davam etməkdədir”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, dövlət strukturunda islahatlar davam edir: “İqtisadiyyatın, sahibkarlığın inkişafına maneçilik törədən, özəl sektorun işina müdaxilə edən strukturlar ləğv olundu. Mövcud vəziyyətin yaxşılaşdırılması üçün strukturlar yaradıldı və proses bu gün də davam edir”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.