Texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur.
XALQ.AZ xəbər verir ki, bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, onlardan 94 standart neft-kimya, 322 standart uyğunluğun qiymətləndirilməsi, 148 standart sənaye, 22 standart xidmət, 249 standart aqrar və qida, 107 standart tikinti materialları sahələrinə aiddir. Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib.
Ötən il ərzində 145 ədəd ölçmə vasitəsinin tipi təsdiq edilərək, tipin təsdiq edilməsi haqqında sertifikat verilib və ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilib.
Rəsul