“Dövlət idarəçiliyində dinamizm artacaq” Əli Həsənov

 

ali

Mehriban Əliyevanı birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətimizə, millətimizə qarşıdakı illərdə töhfələr verəcək.

XALQ.AZ-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

“Bu təyinat nəticəsində dövlət idarəçiliyində dinamizm müşahidə edəcəksiniz. Xaraktercə dinamik insan olan Mehriban Əliyevanın xarakterinin dövlət idarəçiliyinə sirayət edəcəyinin şahidi olacaqsınız”, – deyə Ə. Həsənov qeyd edib.