Dövlət Komitəsi işçı axtarır! ELAN

95

 

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) ölçmə vasitələrinin kalibrlənməsi və sınaq laboratoriyalarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

Komitədən Xalq.az-a verilən məlumata görə, radiotexniki və akustik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis, təzyiq, sərf və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis, elektrotexniki ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis, asfalt-beton məhsullarının sınaq laboratoriyasına mütəxəssis vakant vəzifələri elan edilib.

Müsahibəyə müasir texnoloji proseslərlə, innovativ yeniliklərlə yaxından tanış olan, yeni avadanlıqlarla, ölçmə cihazlarla işləməyi bacaran, yüksək peşə bacarıqlarına malik, həmçinin xarici dillərdən ən azı birinə yiyələnmiş (rus, ingilis və ya alman) ali təhsilli, ixtisaslı mütəxəssislər dəvət olunur.

Müsahibədə iştirak etmək üçün tələb olunan sənədlər: ərizə; şəxsiyyəti təsdiq edən sənətin surəti; kadrlar uçotunun şəxsi vərəqəsi; tərcümeyi-hal; hərbi biletin surəti; ali və sonrakı təhsil haqqında sənətin surəti; əmək kitabçasının surəti; sosial sığorta şəhadətnaməsinin surəti; sağlamlıq haqqında arayış; 3×4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.

Müsahibədə iştirak etmək istəyənlər sənədləri əsli ilə birlikdə Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinə (Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124) 2014-cü il may ayının 5-dən 16-dək, həftənin I-V günləri saat 10:00-dan 17:00-dək təqdim edə bilərlər.