Dövlət orqanlarının saytları qarşısında yeni tələb qoyuldu

“Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarında dəyişiklik edilib.

BAKU.WS-in məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, dövlət orqanının internet informasiya ehtiyatında dövlət dili normalarına riayət olunması təmin edilməlidir.