Dövlət Qulluğuna imtahan verənlərə şad xəbər

Imtahan

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası üçün yeni inzibati bina inşa olunur.

Xalq.az-ın məlumatına görə, yeni bina Bakı şəhəri, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşəcək.

İnzibati bina 7 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Binanın ölçüləri 33,00 x 32,60 metr, binanın tikinti sahəsi-1188,78 m2, tikinti həcmi isə 35695,68 m3-dir.

Dövlət binasının layihə işləri “Chiza Architectural Bureau” və “Bakinşaat Group” şirkətlərinə məxsusdur.

Bina çox funksiyalıdır və imtahan otaqları, gözləmə zalları, treninqlər üçün toplantı otaqları, inzibati, iş otaqlarından, administrativ hissə o cümlədən elektron kitabxana, arxiv, konfrans zallarından, kiçik kinozal, kafe və çoxsaylı texniki və yardımçı otaqlardan ibarətdir. Tikintidə o cümlədən bina üçün yanğın əleyhinə və içməli su rezervuarları, nasosxana, qazanxana və transformator yarımstansiyası da nəzərdə tutulub.

Qeyd edək ki, binanın inşasının 2015-ci ildə başa çatdırılması nəzərdə tutulub.