Dövlət qurumlarında işçilərin say həddi azaldıldı

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. 

XALQ.AZ-ın məlumatına görə, bu barədə Operativ Qərargah məlumat yayıb. 

Qeyd edilir ki, özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.