“Döyüşə getmək istəyən çox sayda vətəndaş Dövlət Xidmətinə müraciət edib” – General

modern.az general 277

“Son günlər böyük sayda Azərbaycan vətəndaşı könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edirlər”.

XALQ.AZ xəbər verir ki, bunu Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib.

Onun fikrincə, bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcəklər.