Döyüşçümüz Avropa çempionatında ölkəmizi təmsil edəcək

Rüstəm Müslümov 1996 -cı ildən karate döyüş növü ilə məşğul olub sonra isə 1997 – ci ildən cüdo – sambo idmanı ilə məşğul olmağa başlayıb. 2013 – ci ildən isə kempo- əlbəyaxa döyüş növü ilə məşğul olur.

XALQ.AZ  xəbər verir ki, kempo-karate döyüş növü üzrə dəfələrlə respublika çempionatının və beynəlxalq turnirlərin qalibi olub.

Gənclər və İdman nazirliyinin təqvim planına əsasən Şərq Döyüş Növləri Federasiyaları şurasının razılığı ilə və təsdiqi ilə yarışlarda iştrak edir.

2013 -cü ildə Türkiyənin Antalya şəhərində “Kempo” əlbəyaxa döyüş növü üzrə 10-cü Dünya cempionatında bürünc medal qazanmışdır. 2018 ci -ildə Macarıstanın Budapeş şəhərində dünya çempionatında gümüş medala layiq görülüb. Iki qat dünya mükafatçısıdır.

Bu ilin Oktyabr ayında Rüstəm Müslümov Rumıniyanın Buxares şəhərində Avropa çempionatında ölkəmizi təmsil edəcək . R.Müslümov bildirib ki , bu gün mənim idmanda uğurlarımın olmasında atama borcluyam .Məni idmana Atam aparıb. Kempo döyüş sənəti çox qədim döyüş sənətidir.Onun yaranması eramızdan əvvəl 520 ci ilə təsadüf edir. Beynəlxalq Kempo Federasiyasının rəsmi nümayəndəsi isə Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimovdur.

Həmdə Rüstəm Müslümovun şəxsi məşqiçisidir . Rüstəm Müslümov həmişə idmanda yaxşı nəticələr verməyi, vətənin bayrağını yüksəltməyi arzulayıb . Ölkə prezidenti İlham Əliyevin idmana olan qayğısı da hər kəsə bəllidir və biz idmancıları yeni yeni qələbələrə səsləyir.

Döyüşçümüz Avropa çempionatında ölkəmizi təmsil edəcək - FOTO

 

 

Orxan


Comments are closed.