DSX rəisi Ermənistanla sərhəddə – Foto

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb və sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən XALQ.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Novruz” bayramı müna­sibə­tilə Azərbaycan xalqına ünvanladığı təbrik sözləri şəxsi heyətə çatdırılıb, təmas xəttində döyüş mövqelə­rində xidmətdə olan hər­bi qulluq­çu­lar bu bayram münasibətilə şəxsən təbrik edilib, hər bir sər­həd­çiyə bay­ram sovqatları təqdim olunub.

Səfər çərçivəsində xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması üzrə verilmiş tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərə, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edil­məsi istiqamətində zəruri göstərişlər verilib.