“DTX peşəkar əllərə etibar ediləndən sonra…” – Cavid Osmanov

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi şəhid general Polad Həşimovla bağlı “Paşam, hey” adlı musiqi kompozisiyası – mahnı və klip hazırlayıb. DTX-nın bu addımını həm şəhidlərimizin yad edilməsi, onların xatirəsinin əbədiləşdirilməsi, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından həyata keçirilən mühüm addım kimi dəyərləndirilə bilərmi?

XALQ.AZ xəbər verir ki,bu barədə açıqlama verən millət vəkili Cavid Osmanov, DTX-nın sadəcə bu addımını deyil, son bir ildəki fəaliyyətini yüksək qiymətləndirdi:

“DTX peşəkar əllərə etibar ediləndən sonra, bu qurumun fəaliyyətində ciddi dönüş yaranıb ki, bu da həm dövlət, həm də xalq tərəfindən təqdirlə qarşılanıb. DTX-nın Mədəniyyəıt Mərkəzi tərtəfindən şəhid generalımızla bağlı ərsəyə gətirdiyi musiqili kompozisiya da bu qəbildən olan addımlardan biridir. Bu kompozisiya mahiyyət etibarı ilə yalnız general Polad Həşimova deyil, bu günə qədər Azərbaycanın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan bütün şəhidlərimizə həsr edilib. Bu isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından atılan uğurlu bir addımdır. Əlbəttə ki, biz bunu təqdir edir və alqışlayırıq.

Cəmiyyət tərəfindən də bu kompozisiya yüksək qarşılanıb. Bu layihənin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə bir millət vəkili olaraq dərin təşəkkürümü bildirirəm. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və DTX-nın Mədəniyyət Mərkəzi bu zəfəri qələbə kompozisiyası ilə əbədiləşdirəcək”.