DTX və DİN Sumqayıtda qanunsuz dini fəaliyyət aşkarladı

Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsi, Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi tərəfindən Sumqayıt şəhəri Novxanı qəsəbəsi bağlar massivi, Çinarlı küçəsi 1886 ünvanında yerləşən Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Elçin Sovet oğluna məxsus bağ sahəsinə baxış keçirilib.

XALQ.AZ xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidməti  bildirib ki, baxış nəticədə qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Faktla bağlı inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

 

Orxan