Dünya çempionatında gücümüzü sınayacağıq

Taekvando

Təlim-məşqləri başa vuran para-taekvondo üzrə milli komandamız iyunun 20-21-də Rusiya Federasiyasının paytaxtına keçiriləcək 5-ci dünya çempionatında iştirak etmək üçün bu ölkəyə yola düşüb.

Moskvada keçiriləcək mundialda 40-a yaxın ölkədən gəlmiş idmançılar mübarizə aparacaq. Komandamız çempionatda 14 idmançı ilə təmsil olunacaq.

Baş məşqçisi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərov rəhbərlik etdikləri milli komandanın üzvlərinə – Rövşən Qəhramanlı (-61 kg) Anar Hüseynov (-61 kg), Sarvan Məmmədov (-61 kg), İmaməddin Xəlilov (-61 kg), Rəhman Ələkbərov (-61 kg), Nicat Müslümov (-75 kq), Əbülfəz Abuzərli (-75 kq), Rövşən Rzayev (-75 kg), Hüseyn Həsənov (-75 kq), Aleksandr Poluşuk (+75 kg), Vüsal İsmayılov (+75 kg) və Vüqar Adışirinov (+75 kg), həmçinin Bahar Şıxəliyeva (-49 kg) və Aynur Məmmədovaya (-58 kg) etimad göstəriblər.

Xatırladaq ki, para-taekvondo üzrə milli komandamız iki dəfə dünya birincisi, iki dəfə isə dünya ikincisi olmaqla yüksək göstəricilərlə liderlər sırasındadır