Dünya şöhrətli kikboksçumuzdan daha bir parlaq qələbə – Almaniyada

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan bayrağını başı üzərinə qaldırıb. 
AZƏRFAKS xəbər verir ki, MMA – qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən “Tank” ləqəbli Kikboksçumuz Xəyal Əhmədov oktyabrın 6-da rinqə çıxıb. Almaniyalı idmançı Lukas Boçenski ilə gücünü sınayan X.Əhmədov inamlı qələbə qazanaraq Azərbaycanın idman uğurlarına daha bir imza atıb.
Qeyd edək ki, X.Əhmədov Azərbaycan bayrağını beynəlxalq yarışlarda ucaltdığı üçün Prezident İlham Əliyev tərəfindən “Fəxri Diplom”la mükafatlandırılıb.