Dünya şöhrətli rejissorun qızı həbs edildi

Dünyaca məşhur kinorejissor Stiven Spilberqin qızı Mikaela ev zorakılığına görə həbs edilib.

XALQ.AZ cəbər verir ki, Bu barədə “Fox News” yazıb.

KİV-in məlumatına görə, 23 yaşlı Mikaela Spilberq Tennessi ştatının Neşvill şəhərində fevralın 29-da 6.30-da həbs edilib. 

Qızın həbsi 47 yaşlı nişanlısı Çak Pankov tərəfindən təsdiqlənib.

“Bu, doğrudur”, – deyə Pankov bildirib və əlavə edib ki, hadisə “anlaşılmazlıq” nəticəsində baş verib və heç kim xəsarət almayıb.

Lakin o, hadisənin detallarını açıqlamayıb