Dünyada koronavirusdan sağalanların sayı 1 200 000-i ötdü

Dünyada koronavirusdan sağalanların sayı 1 200 282 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ən çox sağalma ABŞ (188 068), İspaniya (151 633) və Almaniyada (135 100) qeydə alınıb.

Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 646 265-ə çatıb. 252 420 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.