Dünyanın ən yaxşı dəniz limanlarının reytinqi açıqlanıb

Mütəxəssislər dəniz nəqliyyatı ilə yükdaşımaların həcmini və əsas dəniz daşımaları mərkəzlərini tədqiq ediblər. Tədqiqat əsasında “Xinhua-Baltic International Shipping Center Development Index” indeksi hazırlanıb ki, bura dünyanın əsas dəniz limanları daxil olub.

XALQ.AZ xəbər verir ki,  indeks 2014-cü ildən etibarən tərtib olunur. İndeks çərçivəsində beynəlxalq mərkəzlər bir sıra amillərə, o cümlədən limanın vəziyyəti, gəmiçilik və xidmətlər, həmçinin ümumi mühitə əsasən qiymətləndirilir.

Dünyanın ən yaxşı beynəlxalq dəniz daşımaları mərkəzlərinin reytinqi:

#

Liman

İndeks

1

Sinqapur

97,8456

2

London

84,6849

3

Honkonq

83,9004

4

Şanxay

80,8652

5

Dubay

79,3879

6

Rotterdam

76,5930

7

Hamburq

75,1276

8

Nyu-York – Nyu-Cersi

72,7628

9

Hyuston

69,1638

10

Afina

68,1171


Bütün hüquqlar qorunur © 2013-2018