Dünyanın ən bahalı avtomobili Bakıda-Foto

Dünyanın ən bahalı avtomobillərindən biri Bakıdadır. 

XALQ.AZ xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində “Cars in Baku” səhifəsi məlumat verib.

12 milyon 800 min dollar qiyməti olan “Rolls-Royce Sweptail” paytaxtımıza tranzit olaraq gətirilib. 

Çinli iş adamına məxsus avtomobil hazırda “Baku Cargo Terminal”ında saxlanılır. 

Avtomobil sözügedən şəxs üçün individual olaraq 1 nüsxədə hazırlanıb. Onun avtomobil kolleksioneri olduğu deyilir. 

Orxan