Dünyanın ən hündür qızı (VİDEO)

Dünyanın ən hündür qızı Türkiyənin Karabük şəhərində yaşayır. XALQ.AZ-ın məlumatına görə, burada yaşayan 17 yaşlı qız Rumeysa Gelsi hündürboy insan kimi rekordlar kitabına düşüb.

Onun anası Safiya, atası Heydər biokimya üzrə mütəxəssisdirlər. Onların 3 övladı var. Ailənin 2 övladı normal olsa da, Rumeysa Gelsi nadir xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən onun boyu durmadan artıq. Hələ 15 yaşında olan zaman 2 metr olan Rumeysa Gelsi indi 2 metr 13,5 sm-dir.
O, rahat şəkildə gəzə bilmir. Qız qoltuq ağacı vasitəsilə hərəkət edir.

Rumeysa Gelsi deyir ki, cəmiyyətdə onu çox az adam anlayır. Bəzən ona bədheybət kimi baxırlar: “Uşaqlığımdan mənə qeyri-adi insan kimi baxıblar. Bəziləri məni insan yox, bədheybət hesab edirdi. Hətta məndən qorxanlar da vardı”.

Bu səbəbdən Rumeysa Gelsi məktəbə getməyib. Təhsilini evdə, xüsusi müəllim yanında alıb. Onun valideynləri qızlarının Ginnesin Rekordlar Kitabına düşməsi üçün müraciət ediblər. Onların müraciətinə baxılıb və təsdiqlənib ki, Rumeysa Gelsi həqiqətən də yaşıdları arasında dünyanın ən hündür qızıdır.