Dünyanın ən sürətli fotokamerası yaradılıb

Foto

Yaponiya və ABŞ alimləri dünyanın ən sürətli fotokamerasını yaradıblar. Müəlliflər öz tədqiqat nəticələrini “Nature Photonics” jurnalında dərc edib.

XALQ.AZ-ın “ICTnews” elektron xəbər xidmətinə istinadən məlumatına görə, mütəxəssislər deyirlər ki, yeni kamera saniyədə 4,4 trilyonadək kadr çəkir ki, bu da mövcud analoqları ilə müqayisədə min dəfə çoxdur. Bu halda çəkilən şəkillərin təsvir ölçüsü 450×450 piksel təşkil edir.

Alimlər tərəfindən yaradılmış kameranın tutduğu ərazi bir neçə kvadrat metrə çatır.

Yeni kameranın tibb və avtomobil istehsalında tətbiq ediləcəyi gözlənilir.