Dünyanın ən təhlükəsiz ölkələri – SİYAHI

Dünyanın qlobal sülh indeksinə əsasən, ən təhlükəsiz ölkə adını yenidən İslandiya qazanıb.

“Global Peace Index” analitik mərkəzi bu barədə xəbər yayıb.

Yeni Zelandiya ikinci, Portuqaliya üçüncü yerdədir. İlk onluğa ardıcıl olaraq, Avstriya, Danimarka, Kanada, Sinqapur, Çexiya, Yaponiya və İsveçrə də daxil edilib.

Reytinqdə 163 ölkə yer alıb. Ən son pillələri İraq, Suriya və Əfqanıstan tutur.

“Global Peace Index” İqtisadiyyat və Sülh İnstitutunun beynəlxalq ekspert qrupunun sosioloqları və iqtisadçıları tərəfindən hazırlanıb. Siyahı 2007-ci ildən bəri hər il tərtib edilir.